Nazirlik 2 milyon istiqrazı satışa çıxarır 100 manatdan

10.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, hərrac sentyabrın 15-də Bakı Fond Birjasında baş tutacaq.

Məlumata əsasən, hər birinin nominal dəyəri 100 manat olan 2 mln kuponlu, ortamüddətli dövlət istiqrazları satışa çıxarılacaq.

İstiqrazların kupon dərəcəsi 6%, tədavül müddəti iki ildir.

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью