Nazirlik 71 min manatlıq fitnes qurğuları alır

28.08.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Profesional Sport” MMC (VÖEN – 1202925111) olub.
Yeniavaz.com
xəbər verir ki, Nazirlik fitnes idman qurğularının satın alınmasına görə “Profesional Sport” MMC-yə 70 min 800 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Profesional Sport” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Əli İsazadə, ev 10-da yerləşir.
Onu da qeyd edək ki, 4 il əvvəl – 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC bu günə kimi ancaq Naxçıvan MR Gənclər və İdman Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Nazirlik ötən il “Profesional Sport” MMC-dən 90 min 907 manat 20 qəpiklik, 2023-cü ildə isə 129 min 998 manat 24 qəpiklik idman avadanlıqları alıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью