Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Hazırda Azərbaycanda mövsümi qriplə yanaşı digər kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarına rast gəlinir".
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, soyuq aylarda hər il olduğu kimi, bu il də, xüsusən yanvar-fevral aylarında qripə yoluxma hallarının digər respirator virus infeksiyalarını üstələdiyi müşahidə edilir: "Respirator viruslarla payız-qış fəsillərində əhalinin ümumi xəstələnmə səviyyəsi əvvəlki illərdən fərqlənmir".
"Tək-tək hallarda yeni koronavirus infeksiyasına da rast gəlinir.
İnsan metapnevmovirusuna yoluxma halının isə rəsmi təsdiqi yoxdur", - deyə o bildirib.
Aləmdə Nəsib Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.