Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Baku Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protkol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Baku Electronics” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 13-cü bəndinin tələblərini pozub.
Belə ki, “Baku Electronics”in müştəriyə satdığı keyfiyyətsiz mal (müqavilə şərtlərinə uyğun olmayan mal) geri qaytarılan zaman qəbul olunmayıb.
Dövlət Xidmətinin tərtib etdiyi protokola əsasən “Baku Electronics” MMC-nin altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.
Xatırladaq ki, ötən ilin may ayında da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti eyni səbəbə görə “Baku Electronics” barəsində protkol tərtib edib.
Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir.
MMC-nin qanuni təmsilçisi Səid Naxçıvanidir. Onu da bildirək ki, “Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərə