Nazirlik bu iş adamından 20 ədəd ev alır

28.11.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub. 
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, tender Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması ilə bağlıdır. Tenderin qalibi fərdi sahibkar Məmmədov Mehman Rza oğlu olub.

Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 204 min 640 manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью