Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək

28.12.2024

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İqtisadiyyat Nazirliyi Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi “Growth Lab” ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, Harvard Universiteti İqtisadiyyat Nazirliyinin sifarişi ilə “Yaşıl artım portalı”ı yaradacaq və qarşılığında 1 milyon 700 min manat alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib və bu səbəbdən tender müsabiqəsi barədə ətraflı məlumat mövcud deyil.
Qeyd edək ki, Harvard Universitetinin tərkibində fəaliyyət göstərən “Growth Lab” (“Böyümə Laboratoriyası”) iqtisadi artımın arxasında duran mexanizmləri aşkar etmək üçün araşdırmalar aparır.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью