Nazirlik: Bu mahnı qadağan olunsun

03.02.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk "Survivor" çempionu Turabi Çamkıranın mübahisə doğuran mahnısı ilə bağlı nazirlik hərəkətə keçib.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi mahnı videosundakı ictimai əxlaqa zidd olan və qadınların ləyaqətini alçaldan ifadələrin ictimai asayişi pozması ilə bağlı girişinə qadağa qoyulmasını istəyib.

Nazirlik milyonlarla insanın tez-tez istifadə etdiyi internet saytlarında yayımlanan bu məzmunların cəmiyyətin ümumi quruluşunu poza biləcəyini, qadınları alçaldan cinsiyyətçi ifadələrlə uşaq və gənclərin əqli və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini əsas gətirərək, mahnı videosunun yayımdan çıxarılmasını tələb edib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью