Nazirlik bu şirkətdən stadion icarəyə götürür 49 min manatlıq müqavilə | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənclər və İdman Nazirliyi "Azfar-Trans" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə stadion icarəsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 49 560 manatdır.
Satınalma proseduru birmənbə metodu ilə keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azfar
Nizamnamə kapitalı 2010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 5A-da yerləşir.
QSC-nin qanuni təmsilçisi Nəsibov Taleh Asif oğludur. O, şirkətdə direktor vəzifəsini tutur.
Lakin Taleh Nəsibov "Azfar-Trans"QSC-nin sahibi deyil. "Azfar-Trans" QSC Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib.
2019-cu ildə şirkətin təşkilati-hüquqi dəyişdirilib. "Azfar-Trans" QSC "Azfar Group"a daxildir. "Azfar Group" 2008-ci ildə təsis edilib.
Tam oxu
Xəbəri oxu