Nazirlik bu tələbələrlə bağlı MƏLUMAT YAYDI

07.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026–2027-ci tədris ilində 8 Tacikistan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, tələbələr “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində ölkəmizdə təhsil alacaqlar. Pepperoni pizza

Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində oxuyacaqlar.

Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, eləcə də əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью