Nazirlik: Doqquz ayda 1 milyon 400 minə yaxın vətəndaş qəbul edilib

24.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyona yaxın vətəndaşın qəbulu həyata keçirilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 134 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 263 mini nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.

Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 605 min 300 (o cümlədən yazılı və e-qaydada 352 min 100, sosial şəbəkələr üzərindən 53 min 200, “142” Çağrı mərkəzi vasitəsilə 1 milyon 200 min) vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью