Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.
Metbuat.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə və küləkli hava şəraitində, eləcə də qeyri-çimərlik ərazilərində çimməyin təhlükələri barədə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.
Qeyd olunub ki, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi qaydalara riayət etməyin vacibliyini bir daha göstərir.
FHN vətəndaşları küləkli havada dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!”, – deyə müraciətdə vurğulanıb.
Nazirlik xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək lazımdır.