Nazirlik Əkrəm Həmzəyevdən 278 min manatlıq süni ot örtüyü alır

03.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəridmanservis” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fərdi sahibkar Əkrəm Hüseyn oğlu Həmzəyev (VÖEN – 0500140712) olub.
Yeniavaz.com
xəbər verir ki, nazirlik Əkrəm Həmzəyevdən idman meydançaları üçün süni ot örtüyü və köməkçi materiallar alacaq.
Qeyd edək ki, satın alınacaq 10 000 kvadratmetr süni ot örtüyü, 3 000 metr ağ ot (ağ xətt), 5 000 metr bant və 10 000 kvadratmetr şokpad üçün Əkrəm Həmzəyevə 278 min 480 manat ödəniləcək.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью