Nazirlik: Əmək müqavilələrini “e sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

18.04.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 aprel, AZƏRTAC

Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN imza” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью