Nazirlik əməkdaşları Çin təcrübəsini öyrənir

26.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İqtisadiyyat Nazirliyinin əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil olunan beynəlxalq seminarlar çərçivəsində keçirilən təlimlərə qatılıblar.

Nazirlikdən verilən məlumata görə, tədbirlər iki əsas istiqaməti — “İnkişaf etməkdə olan ölkələr üçün elmi-texnoloji innovasiya və sahibkarlıq” və “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı üçün Elektron Ticarət” mövzularını əhatə edib. Sərfəli qiymətə məhsullar

Təlimlər zamanı innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, eləcə də elektron ticarətin təşviqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar nümayiş olunub və qarşılıqlı müzakirələr aparılıb.

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью