Nazirlik gələn il üçün inflyasiya proqnozlarını açıqladı

16.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maliyyə Nazirliyi 2026-2029-cu illər üçün inflyasiya proqnozlarını açıqlanıb.

Oxu.Az Maliyyə Nazirliyi tərəfindən hazırlanan "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndəki sənədə istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarısında ölkədə orta illik inflyasiya 5.9 faiz səviyyəsində olub, iyun ayının sonunda isə 6 faiz təşkil edib.

Proqnozlara görə, 2026-cı ildə inflyasiya 5.2 faiz, 2027-2029-cu illərdə isə 4.7-4.9 faiz intervalında olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью