Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu il lisey və gimnaziyada mərkəzləşmiş qaydada şagird qəbulu qaydalarında dəyişiklik elan edilmişdi.
Belə ki, qəbul yalnız 7 -ci siniflər üzrə aparılmalı, 5-6-ci sinif şagirdləri üçün imtahan ləğv edilmişdi. Qərar Valideynlərin kütləvi narazılığına səbəb olmuşdu.
"Cebheinfo.az"-a valideynlərin verdiyi məlumata görə, nazirliyin qərarında dəyişiklik edilib. Belə ki, istisna olaraq, bu il 5-6-cı siniflərə də lisey və gimnaziyada mərkəzləşdirilmiş qəbul imtahanları keçiriləcək. Bu barədə valideynlərə Eım və Təhsil Nazirliyindən məlumat verilib.
Xəzər
"Cebheinfo.az"