Nazirlik: İki həftədə qeyri çimərlik ərazilərdə 7 nəfər batıb

04.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son 2 həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərlə bağlı məlumatında bildirilib.

"Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır", FHN-in məlumatında deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью