Nazirlik işçisinə cinayət işi açılıb

28.01.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Reyting.az
"Qafqazinfo"a istinadla xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью