Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı | Icma.az
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 2 milyon 203 min manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Hurriyyet.az xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə, “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında yeni dərslik və metodik vəsaitləri hazırlaycaq.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib.
2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib. “Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Mehdiyev Ramiz Teymur oğluna, 0,81%-i Məmmə
Tam oxu
Xəbəri oxu