Nazirlik məlumatı araşdırdı: Fakt təsdiqləndi

08.09.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Lənkəran rayonu, Qrumba kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

"Cebheinfo.az" bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir. 

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə kənd sakini Hacıməmməd Nəciyev tərəfindən tikinti işləri aparılarkən bioloji inkişafda olan feyxoa kollarının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью