Nazirlik məşhur oteli cərimələdi

20.08.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az Yurd.Media-ya istinadla xəbər verir ki, “Yeni Bilgəh Oteli” MMC-də Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən yoxlama aparılıb. 

Məlum olub ki, hotel tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “Yeni Bilgəh Oteli” MMC 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Yeni Bilgəh Oteli" MMC "Bilgah Beach Hotel" adı ilə fəaliyyət göstərir. Əsasən yay aylarında fəaliyyət göstərən və əvvəlki adı "Jumeirah Beach Hotel" olan hotel 2027-ci ilin yay fəslinədək fəaliyyətini dayandırdığını açıqlayıb.

Şirkətin nizamnamə kapitalı 70 milyon manatdır, direktoru Əliş Nəsirovdur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью