Nazirlik milyonluq tenderləri bu şirkətə verdi

15.10.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

İdarə “Fərid” Firması ilə 15 mln 357 min manatlıq 2 müqavilə bağlayıb.

Xatırladaq ki, Nazirlik bir müddət əvvəl də təmir və kommunal-kommunikasiya işləri ilə bağlı “Fərid” Firması ilə 2 ədəd – 6 mln 333 min 533 və 6 mln 458 min 271 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Fərid” Firması 1999-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İbrahimov Qubad Kərəm oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli ştq, Əhmədli dön.1-4, ev.9, m.12, nizamnamə kapitalı 100 manatdır.

Könül
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью