Nazirlik növbəti dəfə məktəblərin təmirinə 1 milyon yarımdan manatdan çox xərcləyəcək

10.12.2024

Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyi respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin aparılmasına 1.670.515,53 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 

Tenderin qalibi "AR GROUP İNŞAAT" MMC-dir. 

Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb
İyulda elm və təhsil naziri Emin Əmrulayyev açıqlayıb ki, Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bu rəqəm daha əvvəl 800 olub. 
Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var. 
Gülnar Nazimqızı 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью