Nazirlik onlara 30 min manatadək PUL VERƏCƏK

22.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində təqdim olunan layihələr üzrə qrant məbləğinin yuxarı həddi 30 min manat müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, müsabiqə üzrə layihə təkliflərinə dair sənədlərin qəbulu oktyabrın 22-də başlayıb və noyabrın 12-dək davam edəcək. Marqarita pizza

Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təklifləri üzrə sənədlər ekspertizadan keçiriləcək, layihələr təhlil olunacaq. Daha sonra müsabiqənin qalibləri müəyyənləşdiriləcək və onların adları ictimaiyyətə açıqlanacaq.

Müsabiqənin mövzuları, iştirak üçün əsas tələblər və təqdim edilməli sənədlərlə Elm və Təhsil Nazirliyinin elanında göstərilən keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Qrant müsabiqəsinin elanı

Kiçik qrant müsabiqəsi layihə

İcra planı

Büdcənin maliyyə əsaslandırılması

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью