Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda repetitorluğun ləğvi müzakirə edilir.
Ötən gün mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev repetitorluğun mərhələli şəkildə ləğv ediləcəyini bildirib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır.
Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək", - nazir deyib.
Qeyd edək ki, repetitorluq məsələsi uzun illərdir müzakirə olunan təhsilin ən "yaralı" yerlərindən biridir.
Bəzən repetitorluğun biznesə çevrilməsi ilə bağlı narahatlıqlar ifadə olunur.
Bəzi müəllimlərin şagirdlərinə dərsdə yetərli bilik vermədikləri və onları öz evinə repetitor hazırlığına məcbur etdikləri barədə xəbərlər də geniş yayılıb.