Nazirlik rəqs edən həkimlə bağlı ARAŞDIRMAYA BAŞLADI RƏSMİ (VİDEO) | Icma.az
Icma.az, Tribuna saytına istinadən bildirir. Sosial şəbəkələrdə mammoloq-radioloq Günel Qəmbərovanın rəqs etdikdən sonra müəyyən tibbi prose
Maraqlıdır, bəs, həkimin bu davranışını Səhiyyə Nazirliyi necə dəyərləndirib? Onunla bağlı hansısa tədbir görüləcəkmi?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət ünvanladıq.
Tribunainfo.az xəbər verir ki, qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AEM əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil olduqda həmin məsələni təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq ətraflı şəkildə araşdırır: “Əgər qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir.
Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir.
Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.
Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək”.
Açıqlamada sözügedən klinikanın müvafiq qanuna əsasən cərimə oluna biləcəyi də vurğulanıb: “Ümumiyyətlə qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur.
Tam oxu
Xəbəri oxu