Nazirlik rəsmi saytını 40 min manata yeniləyir

09.10.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Onneks” MMC (VÖEN – 1803265561) olub.
Bildirilir ki, tenderin qalibi olan şirkət nazirliyin rəsmi veb səhifəsinin – www.maliyye.gov.az informasiya portalının müvafiq qanunvericiliyin tələblərinə uyğun yenidən dizayn edilməsi işlərini həyata keçirəcək və qarşılığnda 39 min 475 manat alacaq.
Qeyd edək ki, “Onneks” MMC 26 yanvar 2017-ci il tarixində Sabunçu rayonu, Zabrat ŞTQ, Sahə - 8, ev 4 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Novruzov Nazim Mikayıl oğludur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью