Nazirlik Sinqapurda keçirilən builki “İnnovasiya Mükafatları” müsabiqəsində də mükafata la…
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurun “GovInsider” təşkilatının “İnnovasiya Mükafatları-2025” müsabiqəsində də uğur qazanıb.
“İnnovasiyalar Konfransı-2025” tədbiri çərçivəsində keçirilən müsabiqədə Nazirlik əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə “Rəqəmsal Cəmiyyət Mükafatı” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
Nazirlik artıq ikinci ildir ki, həmin müsabiqədə mükafat qazanır.
“GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır.
Təşkilatın keçirdiyi bu dəfəki müsabiqədə 20 ölkədən olan 300 qurum iştirak edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu