Nazirlik siyasi partiya barədə məhkəməyə müraciət etdi

28.11.2024

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyası barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xalqcebhesi.az Modern.az-a istinadla xəbər verir ki, buna səbəb siyasi partiyanın ləğv edilməsi ilə bağlıdır.

İşə hakim Nigar Nəbizadənin sədrlik etdiyi heyət tərəfindən baxılacaq.

Qeyd edək ki, Azad Demokratlar Partiyası 6 iyul 2014-cü ildən fəaliyyət göstərirdi. Partiyanın qurucusu və sədri Sülhəddin Əkbər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью