Nazirlik son 1 ildə evlənən qohumların sayını açıqladı

02.07.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.
Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью