Nazirlik Xankəndidəki regional bölmənin binasını 820 minə təmir etdirir

25.09.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “İdeal TM” QSC (VÖEN – 1404473051) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, “İdeal TM” QSC Xankəndi şəhərində 0.1016 hektar (1016 kv. metr) torpaq sahəsində yerləşən və İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin istifadəsinə veriləcək inzibati binada təmir işləri həyata keçiriləcək və qarşılığında 820 min manat alacaq.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərir. Xankəndidəki təmir işlərinin gələn ilin 30 iyun tarixində başa çatdırılması nəzərdə tutulur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью