Nazirlikdə yeni rəhbər təyinatı (FOTO)

24.06.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunda yeni kadr təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, Cavidan Qasımov Dövlət Proqramı İdarəetmə Qrupunun Strateji maliyyə və maliyyə planlaşdırılması və təhlili üzrə rəhbər vəzifəyə təyin olunub.

Qeyd edək ki, Cavidan Qasımov bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunda çalışıb. O, 2022–2025-ci illərdə Fondun Daxili Nəzarət Departamentinin müdiri, 2020–2022-ci illərdə isə Hesabatlılıq, Təhlil və Monitorinq Departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью