Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edildi

26.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və ona rəhbər təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ayaz Müseyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Müseyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2020-2024-cü illərdə doktorantura təhsili alıb və 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью