Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Təsərrüfat Hesablı Əsaslı Tikintisi və Təchizatı İdarəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün mal-materialların və digər ləvazimatların satınalınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar olaraq “SİMPLEX” Qapalı Səhmdar Cəmiyyəti ilə tərəflər arasında ümumi maliyyə dəyəri 7 milyon 58 min 20 manat 98 qəpik təşkil edən müqavilə imzalanıb. Müqavilə çərçivəsində ölkə üzrə məktəb və bağçaların tədris prosesi üçün zəruri olan mal-material və ləvazimatlarla təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təsisçisi Elmir Fətullayev olan bu şirkət 2015-ci ildə fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 000 manat təşkil edir. Dördpendirli pizza
Cəlalə Cəlalqızı