Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şabran rayonunun Pirəbədil kəndində fəaliyyət göstərən Pirəbədil Tarix Muzeyində bölgənin tarixi, mədəniyyəti və maddi-mədəni irsini əks etdirən müxtəlif eksponatlar qorunur və nümayiş etdirilir.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli danışıb.
“Muzey kəndin və bütövlükdə regionun tarixi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli mədəniyyət müəssisələrindən biridir.
Hazırda muzeyin fəaliyyəti, burada qorunan eksponatların mühafizəsi, habelə ziyarətçilər üçün müvafiq xidmətlərin təşkili diqqətdə saxlanılır. Eyni zamanda, muzey binasının ayrı-ayrı hissələrində cari təmir işlərinə ehtiyac olduğu nəzərə alınaraq, həmin hissələrdə müvafiq təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur”, - Fariz Hüseynli qeyd edib.
Qeyd edək ki, ötən gün Şabrandakı Pirəbədi Tarix Muzeyinin baxımsız vəziyyətdə olduğuna dair görüntülər yayılıb.