Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.
Məlumata görə, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun müvafiq əmri ilə bu vəzifəyə Vahid Qadaşov Yusif oğlu təyin olunub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirlik sorğumuza cavab olaraq bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, mərkəzin fəaliyyətinin fasiləsizliyini, idarəetmə prosesini və işlərin davamlılığını təmin etmək məqsədilə direktor vəzifəsinin icrası həmin mərkəzdə baş meşəbəyi vəzifəsində çalışan Vahid Qaraşova müvəqqəti olaraq həvalə edilib.
Şəbnəm