Nazirlikdən milyonluq tenderlər...

21.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi Publik Hüquqi Şəxsi informasiya texnologiyaları və şəbəkə təhlükəsizliyi ilə bağlı yeni işlər həyata keçirir. 

“Yeni Sabah” xəbər verir ki, mərkəz ilk olaraq “İnformasiya və şəbəkə təhlükəsizliyinin təmin edilməsi məqsədilə veb tətbiqlərin mühafizəsi, yük balanslaşdırılması avadanlıqları və lisenziyaları”nın satın alınmasını həyata keçirir.

Bu satınalma üzrə ayrılan məbləğin ümumi maliyyə dəyəri 4 667 144,26 manat təşkil edir. pizza hut

Digər satınalma isə “Mövcud Fortinet, ManageEngine lisenziya müddətlərinin uzadılması və yeni şəbəkə kommutatorları (switch)”nın alınması ilə bağlıdır. Bu müqavilənin maliyyə dəyəri isə 1 054 449,18 manat olaraq müəyyənləşib.

Qeyd edək ki, satınalmaların ümumi məbləği 5,72 milyon manatdan çoxdur.

Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью