Nazirlikdən xəbərdarlıq: Küləkli havada dənizə girmək təhlükəlidir!

21.06.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Moderator.az xəbər verir ki, nazirliyin yaydığı rəsmi müraciətdə küləkli hava şəraitində dənizə girməyin son dərəcə təhlükəli olduğu xatırladılır və əhali müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırılır.

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı "112" qaynar telefon xəttinə zəng edin", — deyə FHN-in müraciətində vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью