Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Alov” mühafizə xidmətinin Elm və Təhsil Nazirliyi ilə bağladığı müqavilə ötən ilin dekabr ayının 30-da başa çatıb. Şirkət rəhbərliyi işçilərə yenidən tender elan olunacağını bildirib. Lakin sonradan məlum olub ki, onların xidmət göstərdiyi məktəb və liseylər tender elan edilmədən artıq “Vətən” mühafizə xidməti qoruyur. Nəticədə 150-yə yaxın əməkdaş işsiz qalıb və bu vəziyyətdən təsadüfən xəbər tutub.
KONKRET.az arb-yə istinadla xəbər verir ki, “Alov”un xidmət rəisi Elşən Abiyev digər şirkətin Elm və Təhsil Nazirliyi ilə rəsmi müqavilə olmadan fəaliyyət göstərdiyini iddia edir.
“Vətən”in baş idarə rəisi Etibar Qasımov səsləndirilən iddiaları təkzib edib. O bildirib ki, hazırda onların şirkətindən heç bir əməkdaş hər hansı məktəbdə mühafizə xidməti aparmır.
Qsımovun sözlərinə görə, yalnız tender başa çatdıqdan sonra qalib gələn şirkət təhsil müəssisələrində mühafizəni təşkil edəcək.
Elm və Təhsil Nazirliyinə ünvanlanan sorğuya isə məsələnin mahiyyəti ilə birbaşa əlaqəsi olmayan cavab verilib.
Ətraflı reportajda: