Nazirliyin əməkdaşının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı vəfat edib.
Modern.az-ın məlumatına görə, İdarədən əməkdaşın vəfatı ilə bağlı açıqlama verilib.
Bildirilir ki, İdarənin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, 20.01.1977-ci il təvəllüdlü Həsənov Nəcəf Əyyub oğlu 23.12.2024-cü il tarixdə axşam saat 19:00 radələrində Xankəndi şəhərində yaşayış evində vəfat edib.
İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu