Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
- + İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin bir gündə iki tenderi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, ləğv olunmaya səbəb “Dövlət Satınalmaları haqqında” qanun iki maddəsinin tələbinin pozulması göstərilib.
E-tender.gov.az saytında yerləşdirilmiş məlumatda qeyd edilir ki, birinci tender İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasının 2 və 3-cü mərtəbələrində quraşdırılması məqsədilə isitmə-soyutma avadanlıqlarının satın alınması həyata keçirilməli imiş.
Bu zaman Mərkəz sözügedən qanunun 11.1-ci maddəsinə riayət etməyib.
Yəni, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olub.
İkinci tender isə şəbəkə xidmətlərinin göstərilməsi və lisenziyalaşdırma üzrə malların və xidmətlərin satın alınmasını ehtiva edir.
Bu zaman Mərkəz qanunun 11.2.3-cü maddəsinin tələblərini pozub.