Nazirliyin yaydığı VİDEO narazılıq doğurdu: Ana da, uşaq da azərbaycanlıdır, lakin... | Ic…
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Energetika Nazirliyinin sosial şəbəkə hesabında paylaşılan video birmənalı qarşılanmayıb.
Belə ki, azərbaycanlı influenserlə övladının yer aldığı videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində səsləndirilib, hətta Azərbaycan dilində altyazı verilib.
Qurumun məsələ ilə bağlı açıqlamasında eyni məzmunda və fərqli dillərdə videoların çəkildiyi, sosial şəbəkə hesabında paylaşıldığı, rus dilinin isə sadəcə bunlardan biri olduğu bildirilib.
Lakin Azərbaycan nazirliyinin azərbaycanlı influserlə rus dilində kontent hazırlaması ciddi tənqidlərə səbəb olub.
Hazırda dilimizlə bağlı hökumət səviyyəsində layihələrin həyata keçirildiyi, insanların Azərbaycan dilində danışmasına, dilimizin təbliğinə sövq edildiyi bir zamanda nazirliyin bu təşəbbüsü nə dərəcədə doğrudur?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, məlumatın rus dilində təqdim olunması daha geniş auditoriya ümün nəzərdə tutula bilər: “Yəni məqsəd bu cür məlumatların rus dilində yayımlanması vasitəsilə daha çox insan kütləsinə çatdırılmasıdır.
Lakin nəzərə almaq lazımdır ki, cəmiyyət bu kimi məsələlərə həssas yanaşır.
O baxımdan, əgər materialın geniş auditoriya üçün nəzərdə tutulduğu düşünülürdüsə, video Azərbaycan dilində hazırlanaraq alt yazı şəklində rus və ya ingilis dilinə tərcümə edilə bilərdi.
Tam oxu
Xəbəri oxu