Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi

19.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Xalq artisti Nazpəri Dostəliyeva uzun illik fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.

"Yeni Sabah" xəbər verir ki, sənətçinin “Belə ayrılmayaydıq” adlı konserti 20 fevralda baş tutacaq.

20 ildən sonra Saray səhnəsinə qayıdan Nazpəri Dostəliyevanın konsert gecəsində sevənlərini bir sıra sürprizlər gözləyir. Gecənin xüsusi qonaqlarının kimlər olacağı, səhnədə hansı fərqli təqdimatların və yeniliklərin yer alacağı maraq doğurur. pizza sifarişi

Artıq konsert proqramı üçün ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da diqqət çəkib.

Nazpəri Dostəliyevanın konsert gecəsində baş verəcək bütün sürprizlər isə 20 fevralda bəlli olacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью