Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?

13.11.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-ci ildə isə bu işdən tamamilə uzaqlaşdığını bildirib.

Nazpəri hazırda ona yenidən müəllimliklə bağlı təkliflər gəldiyini açıqlayıb:

"İndi təklif gəlib. Düşünürəm, baxarıq. Milli Konservatoriyadan, İncəsənət Universitetindən dəvət var. Gözəl tələbələrim, gözəl işlərim var". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью