“Nazpəri ilə əlaqəm yoxdur” Siyavuş Kərimi

21.02.2025

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nazpəri ilə əlaqəm yoxdur” - Siyavuş Kərimi

“Bəstələdiyim mahnıları müğənnilərə heç zaman satmamışam. Bəli, məndə dolanmalı idim. Amma artıq mahnılarımı satmağı düşünürəm”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi APA TV-yə müsahibəsində deyib.

Bəstəkar bildirib ki, bir zamanlar çalışdığı Xalq artisti Nazpəri Dostəliyeva ilə hazırda əlaqəsi yoxdur:

“Yaxşı əsər oxuyan müğənniləri dinləyirəm. Nazpəri Dostəliyeva mənim yazdığım əsərləri oxuyub. O, “Dilbərim” mahnımı ifa edib. Hazırda Nazpəri ilə əlaqəm yoxdur. Küsməmişəm, sadəcə onun öz mənim isə öz işim var. Nurlan Növrəslinin ifası xoşuma gəlir. Lalə Məmmədova 16 yaşından mənim yanımdadır. Samir Cəfərovda yanımda olub. Bunlar hamısı bizim studiyadan çıxan ifaçılardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью