Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Nəzakət Teymurova həmkarı Nazpəri Dostəliyeva haqda fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, xanəndə bu barədə “Evdəkilərə salam” verilişində danışıb. O, Nazpəri Dostəliyevanın özünəməxsus sənətkar olduğunu vurğulayaraq onu təqlid edənləri qəbul etmədiyini bildirib:
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm. O, orijinaldır. Kopyanı qəbul edə bilmirəm. Yaxşı tərəfdən təkrarlansa, olar. Doğulandan iç dünyası odur”.