NBA “All Star”ın qalibi müəyyənləşib

16.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 fevral, AZƏRTAC

Yeni formatda keçirilən NBA “All Star”ın qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Los-Ancelesdə mini-turnir formatında təşkil olunan yarışda “ABŞ-Zolaqlılar”, “ABŞ-Ulduzlar” və Dünya yığması qüvvəsini sınayıb.

Finalda “ABŞ-Zolaqlılar” və “ABŞ-Ulduzlar” komandaları vəsiqə qazanıblar. Həlledici görüşdə 47:21 hesabı ilə qalib gələn “ABŞ-Ulduzlar” komandası “All Star”ın qalibi olub.

Turnirin ən dəyərli oyunçusu (MVP) isə qalib komandanın heyətində yer alan Antoni Edvards seçilib. “Minnesota”nın basketbolçusu final qarşılaşmasında 8 xal toplayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью