NBA çempionu qanunsuz mərc oyunlarında iştiraka görə həbs edilib

23.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

NBA çempionu, hazırda “Portlend Treyl Bleyzers” komandasının baş məşqçisi olan Çonsi Billaps bu gün səhər saatlarında Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həbs edilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis qanunsuz idman mərc oyunlarında iştirak etməkdə günahlandırılır.

Yaxın günlərdə bu işlə bağlı həbs olunan digər şəxslərin də adlarının ictimaiyyətə açıqlanması üçün mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Mayami Hit”in mühafizəçisi Terri Rozir eyni səbəbdən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью