NBA da 33 sm boy fərqi olan basketbolçular arasında dava VİDEO

28.12.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Milli Basketbol Assosiasiyasında (NBA) “New Orleans Pelicans” və “Phoenix Suns” komandaları arasında keçirilən oyunda qalmaqallı insident yaşanıb.

İdman.Biz xəbər verir ki, “New Orleans Pelicans”ın müdafiəçisi Xose Alvarado ilə “Phoenix Suns”ın mərkəz oyunçusu Mark Uilyams arasında üçüncü hissədə mübahisə fiziki qarşıdurmaya çevrilib.

“Phoenix Suns”un 123:114 hesablı qələbəsi ilə bitən matçın üçüncü hissəsində Alvarado (boyu 183 sm) Uilyamsla (boyu 216 sm) sərt kontakta girib.

Hakimlərin qayda pozuntusu qeydə almasından sonra tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb, ardınca isə itələmə və qarşılıqlı zərbələr baş verib.

Videotəkrar izlənildikdən sonra hakimlər hər iki basketbolçunu oyundan kənarlaşdırmaq barədə qərar veriblər.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью