NBA da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

18.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

NBA-da mübarizə aparan “Çikaqo” və “Nyu-York Niks” komandalarının sabiq basketbolçusu Maykl Svitni 43 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Çikaqo” klubunun mətbuat xidməti məlumat yayıb.

Klub Svitninin ailəsinə və yaxınlarına başsağlığı verib. O, 2003-2005-ci illərdə “Niks”in, daha sonra isə iki mövsüm “Çikaqo”nun formasını geyinib.

Svitni NBA-də ümumilikdə 233 oyun keçirib. O, bu görüşlərdə orta hesabla 15,5 dəqiqə meydanda olaraq 6,5 xal və 4,5 ribaundla yadda qalıb. Basketbolçu 73 matçda start heyətində yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью